Rio karnavalı da ləğv edildi
    • 25-09-2020, 10:27
    • 581

Rio karnavalı da ləğv edildi

Ənənəvi olaraq hər il fevral ayında keçirilən məşhur Rio-de-Janeyro karnavalı koronavirus pandemiyasına görə ləğv edilib.

News24.az xəbər verir ki, bu barədə "G1" portalı məlumat yayıb. Buna səbəb isə karnavalın keçirildiyi vaxt koronavirusa yoluxmanın qarşısını almağın mümkün olmamasıdır.

Qeyd edilib ki, virusa qarşı effektiv vaksinin tapılacağı təqdirdə karnaval ənənəvi olaraq fevral ayında deyil, aha gec də keçirilə bilər.