-
- 29-09-2020, 17:09
- 1 694
"Yubileyimə ən gözəl hədiyyə qələbə ola bilər" - MƏNSUM İBRAHİMOV
"Xalq artisti Arif Babayev insult keçirib, hazırda xəstəxanada həkim nəzarəti altındadır, vəziyyəti stabildir. Hadisə üç gün öncə baş verib. Müharibə xəbərləri haqda ona heç nə demədik. Bu gün oğluyla danışdım hələ ki, xəstəxanadadır".
Bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib. O, bildirib ki, hər bir azərbaycanlı kimi qələbə xəbərini səbirsizliklə gözləyir: "Sevincli xəbəri eşitməyimizə çox az qalıb. Hisslərimi sözlərlə ifadə edə bilmirəm. 30 ildir içimizdə bir yanğı var. Qələbəni görməyə çox tələsirik. İstəyirik ki, hər şey bir günün içində həll olunsun. Hesab edirəm ki, çox az müddət sonra biz xanəndələr o torpaqlarda - Kəlbəcərdə, Şuşada "Qarabağ şikəstəsi" oxuyacağıq".
Oktyabrın 1-də 60 illiyini qeyd edəcək Mənsum İbrahimov yubiley günündə xalqımıza və özünə arzusu budur: "Əsgərlərimizin qələbə xəbərindən gözəl hədiyyə ola bilməz. Lazım olsa hər birimiz ön cəbhədə vuruşmağa hazırıq".
Sevda Bayramova