“Erməni əsgərlər arasında atışma olub” - MN
    • 2-10-2020, 11:31
    • 489

“Erməni əsgərlər arasında atışma olub” - MN

Əldə edilən məlumata əsasən, gecə döyüşləri zamanı geri çəkilən Madagizdəki Ermənistan silahlı qüvvələrinin 6-ci dağatıcı alayının əsgərləri arasında atışma baş verib.

Bu barədə News24.az-a Müdafiə Nazirliyi məlumat verib. Bildirilib ki, şəxsi heyət arasında hökm sürən qorxu və vahimə hissi ruh düşkünlüyü yaradıb, ümumilikdə erməni hərbçilərinin demoralizə olmasına səbəb olub.