Suqovuşana üçrəngli BAYRAĞIMIZI sancan 1-ci Ordu korpusunun komandanı Qəhrəman generalımız Hikmət Həsənovu TANIYAQ
    • 4-10-2020, 11:34
    • 472

Suqovuşana üçrəngli BAYRAĞIMIZI sancan 1-ci Ordu korpusunun komandanı Qəhrəman generalımız Hikmət Həsənovu TANIYAQ

Suqovuşana üçrəngli BAYRAĞIMIZI sancan 1-ci Ordu korpusunun komandanı, general Hikmət Həsənovu tanıyaq. 


News24.az xəbər verir ki, Hikmət Həsənov 1975-ci il oktyabrın 9-da Füzuli rayonunun Pirəhmədli kəndində dünyaya gəlib.

1992-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olub. Bir müddət sonra elə həmin ildə cəbhədə vəziyyətin pis olduğunu görüb və ərizə yazaraq təhsilin yarımçıq qoyaraq doğma kəndi uğrunda döyüşlərə qatılıb. 1993-cü ildə Tərtərdə "N" saylı hərbi-hissədə tağım komandiri kimi xidmətə başlayıb. Daha sonra xidmətini Ağdamda "N" saylı briqadada aparıb. Bölük komandiri, tabor komandiri vəzifəsinə kimi yüksəlib.
2002-ci ildə təhsilini davam etdirmək üçün Çin Xalq Azadlıq Ordusunun Nangin quru qoşunları ali hərbi akademiyasına daxil olub, akademiyanı xüsusi fərqlənmə ilə 1-ci bitirib, xüsusi döş nişanı ilə təltif olunub.

2004-cü ildə Tovuz istiqamətində əsgəri Dilqəmlə erməni postunu götürdüyünə görə komandanlıq tərəfindən briqada komandiri vəzifəsinə yüksəldilib. Həmin döyüşdə əsgəri Dilqəm şəhid olduğu üçün, hazırda da həmin post Şəhid Dilqəmin adını daşıyır.

2014-cü il dekabrın 28-də Ali baş komandanın sərəncamı ilə Silahlı Qüvvələrin ən təhlükəli, strateji postu olan "N" saylı birləşmənin komandiri təyin olunub. Komandirliyi dövründə 2015-2017-ci illərdə Ağdam-Tərtər-Goranboy istiqamətində düşmən tərəfi ciddi itkilər verib.

2016-cı ildə aprel döyüşlərində cəbhənin 3 istiqamətində: Ağdam-Tərtər-Goranboy cəbhəsindəki döyüşləri idarə edib. Aprel döyüşlərində rəhbərlik etdiyi döyüşdə ordumuz ilə 2 saat ərzində düşmənin 24 illik "Ohanyan müdafiə xətti"ni yararaq Talış yüksəkliklərinə qalxıb, düşmənin 21 postunu dağıdaraq 7 strateji yüksəkliyi düşməndən təmizləyib.

İngilis, rus, türk, fars, erməni dillərini mükəmməl bilir. NATO-nun Türkiyədə, Hollandiyada, Almaniyada müxtəlif kursların keçib.