-
- 5-10-2020, 16:46
- 490
Aciz addımlarla Azərbaycan xalqının iradəsini qıracaqlarını düşünürlərsə, yanılırlar - Hikmət Hacıyev
"Ermənistan tərəfindən Azərbaycanın mülki insanlarına qarşı törədilən cinayətlər vandalizm və barbarlıqdır. Hətta Azərbaycanın enerji strukturlarını belə hədəfə almağa cəhd edirlər. Ancaq Bizim müdafiə sistemlərimiz havadaca onları məhv edir. Amma bəziləri mənzilə çatdığı üçün mülki əhalini yaralayır, xəsarət yetirir və ya cinayət törədirlər. Bu hadisələr Ermənistanın etik və sivil qaydalardan uzaq olduğunun əyani göstəricisidir. Biz onlara xəbərdarlıq etmişdik. Ancaq buna baxmayaraq onlar çirkin əməllərini icra etməkdə davam edirlər".
News24.az xəbər verir ki, bunu Baş Prokurorluğun Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş hərbi cinayətlərə dair keçirdiyi brifinqdə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi bildirib ki, Ermənistan tərəfi cılız və aciz addımlarla Azərbaycan xalqının iradəsini qıracaqlarını düşünürlərsə, yanılırlar: "Ermənistan üçüncü tərəfləri müharibəyə cəlb etmək üçün əlindən gələni edir. AZAL tərəfindən tərəf müqabillərinə və beynəlxalq daşıyıcalara məlumat verilib ki, Ermənistan tərəfindən biz hər cür təxribatı gözləyə bilərik".