-
- 3-10-2020, 17:03
- 602
Ermənistan dəyərlərdən, sivil davranışlardan kənar olduğunu açıq şəkildə nümayiş etdirir - Hikmət Hacıyev
"Ermənilər Azərbaycanın yaşayış mövqelərini ağır artilleriyadan atəşə tutmağa davam edir. Bu Ermənistanın hər hansı bir dəyərlərdən, sivil davranışlardan kənar olduğunu açıq şəkildə nümayiş etdirir. Biz bununla bağlı Beynəlxalq ictimaiyyətə və beynəlxalq strukturlara da müraciət etdik ki, müharibə şəraitində də mülki insanların və obyektlərin qorunması beynəlxalq humanitar hüququn və Cenevrə konvensiyalarının tələbidir".
News24.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O bildirib ki, Ermənistan bundan tamamilə kənar dövlət olduğunu hər bir addımda nümayiş etdirir:"Azərbaycanın şəhərlərinə, mülki şəxslərə cə obyektlərə qarşı hücumları həyata keçirir. Amma Azərbaycan Respublikası yenə də öz yüksək etik və əxlaqi dəyərlərini nümayiş etdirərək beynəlxalq-humanitar hüquq əsasında ancaq seçilmiş hərbi hədəflərə qarşı əməliyyatlar həyata keçirir. Onların neytrallaşdırılması təmin olunur. Azərbaycan Silahlı Qüvvələri tərəfindən cəhbə xəttinin bütün istiqamətləri üzrə effektiv, təsirli sülhəməcburetmə əməliyyatı davam etdirilir. Burada da məqsəd ərazilərimizin işğaldan azad olunmasının təmin edilməsidir. Ermənistan tərəfi son dövrlər raket texnologiyasından da istifadə edir. Biz bunu qəti şəkildə pisləyirik və Azərbaycanda legitim hərbi hədəflərə qarşı adekvat cavab vermək hüququnu tam şəkildə özündə saxlayır".