-
- 11-10-2018, 13:00
- 3 461
Haqqında eşitmədiyimiz xəstəliklər
Tibb elmində insanın dünyasına aid bilinməyən yüzlərlə faktlar var.
News24.az, daha öncə eşitmədiyiniz qəribə sindromlar haqqında məlumatı təqdim edir:
1.Rapunzel sindromu -insanlarda saç yemə xəstəliyi səbəbi ilə görülən bir növ bağırsaq pozğunluğudur. Xəstəliyin adı,Grimm Qardaşların nağılındaki, uzun saçlı Rapunzel obrazından götürülüb.Bu sindrom əsasən psixioloji problemləri olan insanlarda görülür.
2. Alisa möcüzələr diyarında sindromu- xəstələrin cisimləri olduğundan böyük və ya olduğundan kiçik görmə xəstəliyidir. Bu sindrom adətən kiçik uşaqlarda görülsə də, 20-25 yaşlı insanlarda da görülə bilir. Xəstələr öz ölçülərinin və bədən quruluşlarının da dəyişdiyini qəbul edirlər.
3. Stokholm sindromu - Qaçırılan insanın, onu qaçıran insana sevgi hiss edib, aşiq olmasıdır. Sinromun adı 1973- cü ildə Stokholmda baş vermiş hadisədən götürülüb. Belə ki, bankda baş vermiş oğurluqdan sonra, zərərçəkən qadın, məhkəmədə oğrudan şikayətçi olmayıb və əleyhinə danışmamışdı.
4.Gəzən ölü sindromu- Kotara sindromu kimi də məhşurdur. Bu xəstəlikdən əzab çəkən insanlar, özlərini ölü hiss edirlər və bədənlərində qan olmadığına inanırlar. Bu xəsətlərə nəzarət olunmadığında, özlərini ciddi zərər verə bilir. Həmçinin onlar hallüsinasiyalardan əzab çəkirlər, məsələn onlar tez-tez çürüyən bədənin qoxusunu hiss edirlər. Bu xəstəlik başlanan şizofreniya əlamətidir.
5.Myobusun sindromu- bir neçə kəllə-beyin və üz əsəbinin iflicinin yanlış inkişafına görə, üzün mimikasının yoxluğu ilə səciyyələnən anadangəlmə anomaliyadır. Belə ki, Myobusun sindromu ilə insanlar gülə bilmir. Həmçinin onlara udqunmaq belə çətin olur. Bu xəstəlik 19-cu əsrdən tibbə məlum olsa da müalicəsi hələlik tapılmayıb.
Şəlalə Ağayeva