Hacı Tahir:
    • 12-10-2020, 15:10
    • 705

Hacı Tahir: "Ermənilərin atdığı raketdən Gəncədəki İmamzadə Məscidinə və pravoslav kilsəsi də zərər görüb"

“Azərbaycan tolerant dövlətdir. Ölkəmizdə çoxlu kilsə, məscid, sinaqoq var”.

News24.az
-ın Gəncəyə ezam olunmuş əməkdaşlarının verdiyi məlumata görə, bunu Gəncədə jurnalistlərə açıqlamasında İmamzadə ziyarətgahının mütəvəllisi, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov deyib. 

Hacı Tahir bildirib ki, Gəncə şəhərində IX əsrdən qalma İslam Peyğəmbərinin 5-ci nəvəsinə məxsus məscid zərər görüb: “Eyni zamanda Gəncə şəhərində əsr yarım yaşı olan pravoslav kilsəsinin ətrafına düşən raket zərbələrindən kilsə də zərər görüb. Bu da onu göstərir ki, ermənilər heç bir dinə, inanca baxmır”.

Teymur Məmmədov 
Emin Qasımov 

Gəncə