"Cəbhədə qabaq-qabağa kişi kimi vuruşa bilmirlər" - /-** Gəncədə erməni raketindən yaralanan sakin - FOTOLAR
    • 12-10-2020, 15:47
    • 357

"Cəbhədə qabaq-qabağa kişi kimi vuruşa bilmirlər" - /-** Gəncədə erməni raketindən yaralanan sakin - FOTOLAR

Oktyabrın 11-də, saat 02:00 radələrində Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə atdığı raket nəticəsində dinc sakinlər yaralanıb. 

News24.az
xəbər verir ki, yaralananlardan Əli Əhmədli bildirib ki, partlayış anidən olduğu üçün həmin an hər kəs özünü itirib: "Uşaqları güclə çölə çıxara bildim. Dinc əhalini belə bir vəziyyətə salmaq çox böyük faciədir. Cəbhədə qabaq-qabağa kişi kimi vuruşa bilmirlər. Dünya birliyi bu məsələyə münasibət bildirməlidir. Yaralarım sağalandan sonra cəbhədə döyüşməyə hazıram".