Tərtərdə evə top mərmisi düşdü - FOTOLAR
    • 12-10-2020, 21:48
    • 450

Tərtərdə evə top mərmisi düşdü - FOTOLAR

İşğalçı Ermənistan ordusu Azərbaycanın dinc əhalisini və mülki infrastrukturunu atəşə tutmağa davam edir. 

News24.az-ın məlumatına görə, mənfur düşmənin atdığı top mərmisi Tərtər rayonunun Əskipara kəndindəki evlərdən birinə düşüb. 

Nəticədə evə ciddi ziyan dəyib. Həyətdə olan heyvanlar isə tələf olub. 

Sözügedən görüntüləri təqdim edirik: