Gəncədə raket atəşinə məruz qalmış küçənin təbii qaz təchizatı bərpa olundu
    • 13-10-2020, 11:30
    • 334

Gəncədə raket atəşinə məruz qalmış küçənin təbii qaz təchizatı bərpa olundu

Gəncə şəhərində düşmənin raket atəşinə məruz qoyduğu Ələkbər Rəfibəyli küçəsinin təbii qaz təchizatı bərpa olunub.

Bu barədə News24.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Xatırladaq ki, raket zərbəsindən sonra oktyabrın 11-də saat 02:15-dən etibarən 200 abunəçinin qaz təchizatı məhdudlaşdırılmışdı. Bunlardan 30-nun yaşayış ünvanı artıq yoxdur. Yerdə qalan 170 abunəçinin isə qaz təchizatı dünən axşam saatlarından tam bərpa edilib.