Gəncədə 200 abonent qazsız qalıb
    • 12-10-2020, 15:22
    • 495

Gəncədə 200 abonent qazsız qalıb

Gəncə şəhərinə düşmən tərəfindən atılan raket zərbəsi nəticəsində 11.10.2020-ci il tarixində saat 02:15-dən etibarən Gəncə şəhəri, Ələkbər Rəfibəyli küçəsində qaz təchizatı dayandırılıb. 

“Azəriqaz” İB-dən News24.az-a daxil olan məlumata görə, 200 abonentin qaz təchizatı məhdudlaşdırılıb. 200 abonentdən təxminən 30 abonentin yaşayış ünvanı artıq yoxdur. 

170 abonentin qaz təchizatının bərpa edilməsi üzrə işlər aparılır.