"Tarixin yazılmasında birbaşa iştirak edirsiz!" - TURAN İBRAHİMOV
    • 13-10-2020, 14:34
    • 536

"Tarixin yazılmasında birbaşa iştirak edirsiz!" - TURAN İBRAHİMOV

Keçmiş teleaparıcı Turan İbrahimovun sosial şəbəkədəki sonuncu statusu ilə diqqət çəkib.

News24.az xəbər verir ki, o, son günlərdə cəbhədən reportajlar hazırlayan jurnalistlərə paxıllıq etdiyini yazıb: "Son üç ildə jurnalistika ilə məşğul olmadığım üçün, zərrə qədər də olsun peşman olmamışam. Əksinə, hər tərəfli qazanmışam və hüzur tapmışam. Amma son günlər, cəbhədən reportajlar hazırlayan, işğaldan azad edilən yerlərdə şəkillər çəkdirən həmkarlarımı görəndə paxıllıqdan çatlayıram! Dostlar, çox şanslı adamlarsız! Tarixin yazılmasında birbaşa iştirak edirsiz!"

Sevda Bayramova