Senat və Almaniya Bundestaqından  Azərbaycan gənclərinə cavab
    • 16-10-2020, 18:05
    • 415

Senat və Almaniya Bundestaqından Azərbaycan gənclərinə cavab

Gənclərimiz müxtəlif dünya ölkələrinin parlament, konqress, senat üzvlərinə, dövlət rəsmilərinə məlumat xarakterli müraciət ünvanlayıblar.

News24.az xəbər verir ki, bu müraciətlərdə Ermənistanın ölkəmizə yönəlmiş işğal, aqressiya, terror siyasəti pislənməklə yanaşı, eyni zamanda, bu siyasət nəticəsində hərbi əməliyyatların getmədiyi Gəncə, Tərtər, Ağdam, Füzuli, Mingəçevir və digər şəhər və rayonlarda yaşayan sivil əhaliyə qarşı törədilən terror aktlarına xüsusi diqqət çəkilib, həyatını itirən, yaralanan, zərər çəkən vətəndaşlar barədə ətraflı məlumat verilib.

İşğalçı dövlətin beynəlxalq hüququn prinsip və normalarını pozması pislənilib. Ən sonda gənclərimiz bu ölkələrin dövlət rəsmilərini BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyən Ermənistanın törətdiyi cinayətlərə hüquqi qiymət verməyə çağırıblar. 

ABŞ-ın Kalifornia Ştatının Senatoru Dianne Feinstein, Georgia senatoru Kelly Leoffler, Almaniya Bundestaqından Mahmut Özdemir  gənclərə yazdıqları cavab məktublarında bölgədə artan gərginlik və şiddətdən yaranan narahatlıqlarını və Azərbaycanda Ernənistan tərəfindən törədilən terror aktlarından təsirləndiklərini bildiriblər. Azərbaycanın yanında olduqlarını ifadə edən Senat və Bundestaq üzvləri  Ermənistan tərəfindən dinc əhaliyə qarşı hücumların da qəbul olunmaz olduğunu ifadə edərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı bu haqlı mübarizədə ölkəmizi dəstəklədiklərini bir daha ifadə ediblər.