Ermənistan Naxçıvanı niyə vurdu? - Politoloq AÇIQLADI
    • 16-10-2020, 18:55
    • 823

Ermənistan Naxçıvanı niyə vurdu? - Politoloq AÇIQLADI

"Ermənistan Naxçıvanı niyə vurdu? Dağlıq Qarabağda məğlubiyyətləri ilə barışa bilmirlər. Nikol Paşinyan iki dövlət arasındakı müharibəni böyük müharibəyə, Rusiya-Türkiyə qarşıdurmasına inikas etdirmək istəyir, yəni “mən batıramsa, qoy aranı qarışdırım, hamıya pis olsun” taktikasına keçib. Gəncəni vurdular ki, biz də onların ərazisini vuraq və Rusiya prosesə müdaxilə etsin. Alınmadı. 

Azərbaycan ordusu Ermənistan ərazisindəki raket kompleksini vurdu, Rusiya müdaxilə etmədi və bu Paşinyanı daha da əsəbiləşdirdi. İndi də Ordubadı vurmaqla Türkiyənin müdaxilə edəcəyini və böyük müharibənin başlayacağına ümid edir. Bakı və Ankara soyuqqanlığını qoruyur. Ancaq ermənilər yenə Naxçıvan ərazisinə raket atarsa, onda Türkiyənin hərbiyyəsinin Naxçıvanda yerləşməsi aktuallaşacaq".

News24.az
xəbər verir ki, bunu Politoloq, "Atlas" araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.