90 yaşlı Tərtər ağsaqqalından Paşinyana SƏRT SÖZLƏR - VİDEOREPORTAJ
    • 19-10-2020, 14:27
    • 579

90 yaşlı Tərtər ağsaqqalından Paşinyana SƏRT SÖZLƏR - VİDEOREPORTAJ

“Paşinyan həqiqi faşistdir. Onun babası almanlara qoşularaq Sovet hökumətinə güllə atıb. Paşinyan insanlıqdan nəsibini almayıb”. 

Bunu News24.az-ın qızğın döyüşlərin müşahidə edildiyi Tərtərə ezam olunmuş əməkdaşlarına danışan 90 yaşlı Rəcəb Muradov deyib. 

Ötən reportajda hər kəsin sevgisini qazanan Kolanı kəndininin ağsaqqalı bildirib ki, ermənilərin həmişə bir istəyi olub – başqalarının torpağına yiyələnmək. R.Muradov məğrur baxışlarla heç nədən qorxmadığını və torpağını tərk etməyəcəyini bildirib. Ağsaqqal qalibiyyətə tam inandığını ifadə edib. 


Yanına düşmən qəlpələrinin düşməsinə baxmayaraq, R.Muradov zərrə də narahat olmadığını dedi. Bu cümləni təsdiqləmək üçün ağsaqqalın gözlərinə baxmaq kifayət idi. 



Görüntüləri təqdim edirik:

Müşfiq Abbasov 
Video-Foto: Fərid Şabanov 
Tərtər