Ermənilərin mülki şəxslərə vurduğu ziyan barədə son məlumat
    • 20-10-2020, 12:05
    • 535

Ermənilərin mülki şəxslərə vurduğu ziyan barədə son məlumat

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 61 mülki şəxs qətlə yetirilib, 291 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 382, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 1 941-dir.