Ermənilər indi də kənd məktəbini vurdu - Fotolar
    • 26-10-2020, 15:02
    • 321

Ermənilər indi də kənd məktəbini vurdu - Fotolar

​​​​Ermənistan dövləti Azərbaycanın mülki əhalisini atəşə tutmağa davam edir.

News24.az-ın verdiyi xəbərə görə, ABŞ-da üçüncü dəfə humanitar atəşkəslə bağlı razılıq əldə edilsə də, terror dövləti bu anlaşmanı ilk dədiqələrdən pozmağa davam edir.

Bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Ağdam rayonunun Qaradağlı kəndi məktəbini atəşə tutub.

Qeyd edək ki, səhər saatlarında həmçinin, Tərtər, Qubadlı və Laçın rayonları da atəşə tutulub.