41 ölkə “Eurovision-2021”də iştirakını TƏSDİQLƏDİ
    • 26-10-2020, 17:04
    • 890

41 ölkə “Eurovision-2021”də iştirakını TƏSDİQLƏDİ

41 ölkə "Eurovision-2021" beynəlxalq mahnı yarışında iştirakını təsdiqləyib. 

News24.az xəbər verir ki, bu barədə yarışmanın mətbuat xidmətindən bildirilib.
2021-ci ildə Hollandiyanın Rotterdam şəhərində keçirilməsi nəzərdə tutulan yarışda Rusiya, Avstraliya, Avstriya, Norveç, Ukrayna, Böyük Britaniya, İspaniya, İtaliya, Yunanıstan, Fransa, Almaniya kimi ölkələr iştirak edəcəklər.
Azərbaycan və Ermənistan da yarışa qatılacaq. 

Qeyd edək ki, yüksək epidemioloji vəziyyətlə əlaqədar yarışma bu il təxirə salınıb.