"Anderson"un yeni adı "KhanCandy" OLDU - FOTO
    • 26-10-2020, 17:39
    • 976

"Anderson"un yeni adı "KhanCandy" OLDU - FOTO

"2017-ci ilin may ayında "Anderson" kafesi ilə bağlı müqavilə imzaladıq, dekabrda isə fəaliyyətə başladıq. Artıq üç ildir ki, kafe işləyir. Anastasiya xanımın isə bu qədər ermənipərəst olduğunu biləndə çox təəccübləndik. Çünki indiyə qədər ondan hər hansısa bir mövqe görməmişdik. Bunu bildikdə onlarla əlaqə saxlayaraq öz irad və şərtlərimizi, etirazımızı bildirdik. Və qərara gəldik ki, onunla çalışmayaq. Düzdür, bu qərardan sonra Anastasiya xanım sosial şəbəkədə üzrxaqlıq elədi, ermənilərlə bağlı olan paylaşımını sildi, amma yenə də qərar öz qüvvəsində qaldı. Özü erməni deyil, rus əsillidir. Amma keçmiş həyat yoldaşının anası erməni əsilli olub".

News24.az
xəbər verir ki, bu sözləri keçmiş "Anderson" indiki "KhanCandy" kafesinin sahibi Kamran Zeynalov "Space TV"-də yayımlanan "Günaydın Azərbaycan" verilişində deyib.

O, bildirib ki, məkanın yeni adını sosial şəbəkə izləyiciləri müəyyən edib: "Köhnə adının loqosunu artıq sökmüşük. Hazırda yeni adın löhfəsini hazırlayırıq, qeydiyyatını keçiririk. Bu yaxınlarda kafemiz yeni adda öz fəaliyyətinə başlayacaq". 

Sevda Bayramova