Koronavirusa yoluxan xəstələrin təxminən 20%-ni uşaqlar təşkil edir
    • 3-11-2020, 15:00
    • 380

Koronavirusa yoluxan xəstələrin təxminən 20%-ni uşaqlar təşkil edir

"Uşaqlarda COVID-19 virusu aşkar edildikdə onlar dərhal sahə pediatrının nəzarəti altına götürülür".

News24.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi nəzdində olan işçi qrupunun üzvü Sevda Məmmədova deyib.

O bildirib ki, xəstəliyin gedişatına uyğun olaraq, onlar müşahidə altında tutulub, ağırlaşma halları baş verdikdə isə dərhal xəstəxanaya yerləşdirilir: "Onu da qeyd etmək lazımdır ki, uşaqlar böyüklərlə müqayisədə COVID-19 xəstəliyini simptomsuz və yaxud olduqca yüngül simptomlarla keçirir. Ümumiyyətlə, uşaqlar ölkə üzrə koronavirusa yoluxan xəstələrin təxminən 20%-ni təşkil edir".

"Hərarət, öskürək və ya tənginəfəslik olarsa dərhal tibbi yardım üçün müraciət etmək, insanların çox olduğu qapalı məkanlardan uzaq olmağa çalışmaq, insanlarla aranızda ən azı 2 metrlik fiziki məsafəni saxlamaq, maskadan istifadə etmək, sabun-su və ya spirt tərkibli antiseptik vasitələrdən tez-tez istifadə edin, qapalı məkanları daim havalandırmaq lazımdır. Əminəm ki, hamımız bu sadə qaydalara ciddi şəkildə riayət etsək, bütün çətinliklərin öhdəsindən gəlib, özümüz və yaxınlarımızın sağlamlığını qorumuş olarıq”, - S.Məmmədova deyib.