SABAH tələbələri üçün xüsusi təqaüd
    • 4-11-2020, 12:35
    • 449

SABAH tələbələri üçün xüsusi təqaüd

SABAH məzunlarından ibarət "Təbəssüm" komandası Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)  xüsusi ehtiyacı olan istedadlı SABAH tələbələrinə təqaüd qazanmaq imkanı yaradıb. 

News24.az xəbər verir ki, tələbələrin seçimi 2 mərhələ (onlayn müraciət və onlayn müsahibə) üzrə aparılıb. BDU-nun tələbələri Xatirə Baloğlanova, Leyla Mirzəyeva, Simarə Məmmədova və ADNSU-nun tələbəsi Musa Cahangirzadə  təqaüd qazanmaq imkanı əldə edib. 

Bundan əlavə, SABAH məzunları cəbhə bölgəsində yaşayan, ADNSU-nun "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası üzrə təhsil alan SABAH tələbəsi Elbrus Ağayevin ixtisası üzrə əlavə təhsil xərclərini qarşılamağı da öz üzərlərinə götürüblər.