Türkiyədə 102 mühacir saxlanılıb
    • 4-11-2020, 14:40
    • 422

Türkiyədə 102 mühacir saxlanılıb

Çanaqqalanın Ezine rayonundan Yunanıstanın Midili adasına keçmək istəyən mühacirlər saxlanılıb.

News24.az xəbər verir ki, Çanaqqala sahil təhlükəsizlik idarəsi Ezine rayonunun Kumburnu bölgəsində dənizdə özəl qayıqda bir qrup mühacirin olduğunu aşkarlayıb.

Bildirilir ki, təşkilatçılıq edən şəxs həbs edilib. 102 mühacir isə “Əcnəbilərin Repatriasiya Mərkəzi”nə təslim olunub.

Ülvi İsmayıl