Qarabağda hərbi əməliyyatlar dayandırıldı - PUTİNDƏN AÇIQLAMA
    • 10-11-2020, 03:00
    • 606

Qarabağda hərbi əməliyyatlar dayandırıldı - PUTİNDƏN AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağda tam atəşkəsin 10 noyabr saat 00:00-dan (Moskva vaxtı) başladığını açıqlayıb.

News24.az
RİA-ya istinadən xəbər verir ki, açıqlamada deyilir:

"Bu gün, 9 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti, Dağlıq Qarabağ münaqişəsi zonasında 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə 00:00-dan etibarən tamamilə atəşkəs elan edildiyini və bütün hərbi əməliyyatların dayandırıldəğını elan edən bəyanat imzalanıb".