Dağlıq Qarabağda atəşkəsə riayət edilir - Rusiya Silahlı Qüvvələri
    • 11-11-2020, 14:08
    • 518

Dağlıq Qarabağda atəşkəsə riayət edilir - Rusiya Silahlı Qüvvələri

Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatları dayandırıb.

News24.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsinin rəisi Sergey Rudskoy bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, hər iki ölkənin silahlı qüvvələrinin bölmələri tutduqları mövqelərdə qalıblar.

S.Rudskoy bildirib ki, Qarabağda sülhməramlı vəzifələrin həyata keçirilməsində ordu aviasiyası və PUA komplekslərindən istifadə ediləcək.

Onun sözlərinə görə, münaqişə zonasına göndərilən Rusiya sülhməramlılarının demək olar hamısı Suriya təcrübəsinə malikdir.

Həmçinin sülhməramlı tapşırıqları yerinə yetirmək, baş verə biləcək insidentlərin qarşısını almaq və Rusiya hərbi personalının təhlükəsizliyini təmin etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı fəaliyyət təşkil edilib.

Birbaşa əlaqə kanalları qurulub.