Tural və Toğrul qardaşlarından payız ruhlu : “Ay ürək” -VİDEO
    • 15-10-2018, 12:47
    • 1 054

Tural və Toğrul qardaşlarından payız ruhlu : “Ay ürək” -VİDEO

“Bir nəfəs kimi” ilə məşhurlaşan Tural - Toğrul qardaşları yaradıcılıqlarına yeni mahnı daxil edib. 

İstedadlı ifaçılar bu dəfə “Ay ürək” deyə dinləyicilərinə səslənib. Payız havasını tamamlayan mahnının müəllifi elə qardaşların özüdür. Belə ki, heç kimə sirr deyil ki, ifaçıların həm də bəstəkarlıq məharəti var. Onlar bir sıra məşhur üçün xit mahnılar yazıblar. 

“Ümid edirik ki,  “Ay ürək” bizi izləyən tamaşaçılarımızın könlünü oxşayacaq. Ümumiyyətlə, gördüyümüz hər işdə keyfiyyət axtarışındayıq. Biz qalmaqal, söz-söhbətlə deyil, iş görməklə yadda qalmaq istəyirik”-deyə iki qardaş bildirib.

Daima həmkarları üçün mahnı yazan Tural və Toğrul bundan sonra əziyyətlərini öz yaradıcılıqlarına həsr edəcəklərini də dilə gətirib: “Biz çox hitlər yazdıq. Çox müğənnilər necə deyərlər, o mahnılarla “tutuzdurdu”. Amma indi vaxt gəldi bizə. Yazdığımız ən gözəl bəstələr elə özümüzün olacaq”.