-
- 13-11-2020, 16:26
- 802
Azərbaycanlı deputatdan Lavrova: "Danışır, danışsın da..."
“Türk müşahidəçiləri Qarabağ ərazisinə girməyəcəklər. Türkiyədən heç bir sülhməramlı Dağlıq Qarabağ ərazisində olmayacaq. Türk müşahidəçilərin hərəkət sərhədləri, Rusiya və Türkiyə müşahidəçilərinin yerləşməsi üçün keçmiş münaqişə bölgəsi olmayan Azərbaycan ərazisində ayrılacaq binalarla (Rusiya Federasiyası və Türkiyənin müşahidə mərkəzi ) məhdudlaşdırılacaqdır. Türkiyə Parlamentindəki ruslarla eyni əsasda işləyəcəklərinə dair açıqlamalara gəldikdə, biz yalnız Azərbaycan ərazisində yerləşən, heç bir səfər missiyası nəzərdə tutulmayan daimi mərkəzdən danışırıq.”
News24.az xəbər verir ki, bu fikirləri Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov deyib.
Lavrovun bu açıqlaması Azərbaycanda birmənalı qarşılanmadı və ajiotaja səbəb oldu.
Məsələ ilə bağlı saytımıza danışan deputat Vahid Əhmədov bildirib ki, Rusiya Xarici İşlər Naziri erməniləri rahatlatmaq üçün belə bir açıqlama verdi:
“Mən razı deyiləm. Çünki fikirləri Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu, Müdafiə Naziri Hulusi Akar ölkənin rəsmi mövqeyini ifadə edib və bildirib ki, “Rusiya orada hansı şərtlərlə iştirak edəcəksə, biz də eyni formada bütün hərbi qüvvəmizlə iştirak edəcəyik”. Lavrov müəyyən qədər erməniləri müdafiə edən bir nazirdir. Həmişə onların xeyrinə çalışır. Danışır, danışsın da. İndi də istəyir ki, onlara sərf edən bir addım atsın. Amma bu, baş tutan deyil. Artıq Cənab Prezidentin dediyi kimi, məsələ bitdi və Dağlıq Qarabağın bütün əraziləri Azərbaycan əraziləridir. Prezident dediyi kimi, nə qədər ki o hakimiyyətdədir, heç bir status məsələsindən söhbət gedə bilməz.
Ermənilərə bu dəqiqə Lavrov kimi adamlar lazımdır. Mən inanmıram ki, orada ciddi bir açıqlama olsun. İkincisi də Lavrov Ermənistanla çox yaxındır. Onları sakitləşdirmək üçünü bu fikirləri səsləndirir. Amma heç bir xeyri yoxdur”.
Ülvi İsmayıl