-
- 14-11-2020, 11:43
- 1 272
Elxan Şahinoğlu: "Masada və beyin oyununda da GÜCLÜ OLMALIYIQ"
“Rusiya Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk gündən onun mövqelərini zəiflətməyə çalışırdı”.
News24.az xəbər verir ki, bunu politoloq, "Atlas" araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, Ermənistanda, hətta Rusiyanın bəzi dairələrində hesab edirlər ki, Moskva Azərbaycana müharibəni davam etdirməyə mane olmamaqla Paşinyanın dərsini vermək istəyib: "Ancaq Şuşanın azad olunmasından sonra Moskva iç üzünü göstərdi və mühasirəyə düşən erməni qüvvələrini xilas etməyə qərar verdi və buna nail oldu. Rusiyada hazırda əhval-ruhiyyə nisbətən dəyişib. Müşahidələrimə görə, Moskva Paşinyanı devirməyə çalışan radikal qüvvələrə də şübhəylə yanaşır. Çünki, həmin qüvvələr məlum bəyanatı tanımadıqlarını bildirirlər. Bu o deməkdirmi ki, onlar hakimiyyətə gəlsələr bəyanatı ləğv edərək yenidən bölgədə gərginlik yaradacaqlar? Moskva növbəti gərginlik və sülhməramlılarının təhlükə altında olmasını istəmir. Ona görə də Moskva Ermənistanda siyasi vəziyyətin sabitləşməsində maraqlıdır".
O hesab edir ki, Kreml Paşinyanın işinə sonra baxacaq: "Digər tərəfdən İrəvanda meydana çıxanların sayı get-gedə azalır. Paşinyanın reytinqi azalsa da, çoxluq hələ də onun əleyhinə çıxmır. Paşinyanın bir müddət hakimiyyətdə qalması bizim də xeyrimizədir, imzaladığı sənədi sona qədər yerinə yetirməlidir.
Rusiya sülhməramlılarının fəaliyyəti artıq suallar yaratmağa başlayıb. Sülhməramlıların komandanı Xankəndidə erməni separatçılarının lideri ilə görüşüb. Ancaq orası da var ki, bəyanatın yerinə yetirilməsi üçün separatçıların lideri silahlı qüvvələrinin nəzərdə tutulan yerlərdən geri çəkilməsini təmin etməlidir. Bütün hallarda sülhməramlıların komandanının separatçıların lideri ilə görüşməsi adiləşə bilər və sonda Araik Arutunyanın Rusiya tərəfdən tanınması prosesi sürətlənə bilər. Bu baxımdan ermənipərəst jurnalist Solovyovun “Dağlıq Qarabağdakı ermənilərə Rusiya pasportu verilməlidir” açıqlamasını nəbz yoxlaması kimi qiymətləndirirəm. Rusiya eyni çalışmanı digər separatçı bölgələrdə - Abxaziyada, Cənubi Osetiyada, Dnest bölgəsində və Donbasda həyata keçirib. Zəmanətimiz varmı ki, Moskva eyni işi sülhməramlıların əli ilə Dağlıq Qarabağda həyata keçirməyəcək?
Müharibədə qələbə çaldıq, ermənilər məğlub oldu, ancaq sualların sayı azalmayıb. Masada və beyin oyununda da güclü olmalıyıq. Ermənilər bizə 1905, 1920 və 1987-ci ildə problemlər yaşatdılar, bu bizə dərs olmalıdır, 4-cü təxribata imkan verməməliyik. Türkiyə əsgəri azərbaycanlı əsgərlə birlikdə mütləq Dağlıq Qarabağda – Şuşada, Laçında və Kəlbəcərdə olmalıdır".
Məhərrəm Əliyev