-
- 16-11-2020, 18:04
- 806
"Müharibə başlayanda həyat yoldaşım..." - ZÜLFİYYƏ XANBABAYEVA
"Hər dəfə işğaldan azad olunan torpaqlarımızın adları çəkiləndə ilk olaraq həyat yoldaşımı təbrik edirdim. Çünki, o, Füzulidəndir. Bu, qələbə bütün Azərbaycan xalqının bayramıdır. Hər birimiz bir yumruq kimi Cənab Ali Baş Komandanın ətrafına yığışaraq böyük bir ailə olduq".
News24.az xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva İTV-də yayımlanan "Fatehin divanı" verilişində deyib. O, qələbə xəbərini belə qarşılayıb: "Şuşa azad ediləndən sonra efirlərə çox dəvət aldım. Gecə evə gəlib yatmışdım ki, yorğunam. Səhər bir radiodan zəng gəldi, yuxuluyam, qışqıra-qışqıra deyirlər ki, təbriklər. Düşünürəm ki, kimsə Şuşaya görə təbrik edir. Həmin vaxta qədər müharibənin bitməsindən xəbərim yox idi. Dedim, mən nəyi qaçırmışam".
Xalq artisti həyat yoldaşının cəbhəyə yollanmasından da bəhs edib: "Müharibə başlayanda həyat yoldaşım səhər saat 7-də yola düşdü. Getdi ki, bəlkə əsgərlərin orada nəyəsə ehtiyacı var. Qayıdanda isə dəhşət içində idi. Deyirdi, insanlar necə əsgərlərə kömək etməyə çalışır, əllərindəki suyu belə onlarla bölüşürlər".
Sevda Bayramova