-
- 16-11-2020, 18:13
- 458
Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim azadlığa buraxıldı
Orduya dəstək yürüşündə həbs olunan 22 nəfər ev dustaqlığına buraxılıb.
News24.az xəbər verir ki, Orduya dəstək yürüşündə iştirak etmiş 22 nəfər barəsində seçilmiş həbs qətimkan tədbiri prokurorluğun vəsatəti əsasında məhkəmə tərəfindən ev dustaqlığına əvəz edilib.
Azadlığa buraxılanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim, Bəxtiyar İmanov, Ayaz Məhərrəmli də var.
Ev dustaqlığına buraxılan AXCP üzvlərinin ümumi sayı 12-dir: Baba Süleymanov, Ceyhun Novruzov, İsmayıl Həsənov, Müşviq Quliyev, Telman Seyfullayev, Məhəbbət Nağıyev, Seymur Əhmədov.
Xatırladaq ki, onlar iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək yürüşündə ictimai qaydanı pozmaqda ittiham olunurdu. Tutulanlar haqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə barəsində cinayət işi açılmış və məhkəməyə göndərilmişdi.