Bakıda yağışın təsirindən aşan hasar qaz xəttini zədələdi - Foto
    • 16-11-2020, 18:56
    • 430

Bakıda yağışın təsirindən aşan hasar qaz xəttini zədələdi - Foto

Bu gün Bakıda intensiv yağan yağış Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsində vətəndaşa məxsus hasarı aşırıb.

Azəriqaz İB-dən News24.az-a verilən məlumata görə, bu zaman ərazidən keçən 108 mm diametrində olan qaz xəttinin 80 metrlik hissəsi və 5 ədəd qaz sayğacı hasarın altında qalaraq zədələnib.

Nəticədə S. Həmidov, Xanlar, H. Allahverdiyev küçələrindəki 120 abonentin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranıb. Qaz təchizatının bərpası məqsədilə “Azəriqaz” İstehsalat Birliyinin Qəza təmir-bərpa xidmətinin əməkdaşları artıq həmin ərazidə operativ işə başlayıb.