Qəza nəticəsində qaz xətti ZƏDƏLƏNDİ
    • 11-05-2020, 22:50
    • 712

Qəza nəticəsində qaz xətti ZƏDƏLƏNDİ

Mayın 11-də axşam saatlarında Suraxanı rayonu Əmircan qəsəbəsində vətəndaş Xanlar Ələkbərova məxsus ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsi uçub. 

“Azəriqaz” İstehsalat Birliyindən News24.az -a verilən məlumata görə, hadisə zamanı bir neçə qaz sayğacı və 76 mm diametrində qaz xətti zədələnib. 

Bildirilib ki, 13 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.