"Qalatasaray"ın 3 futbolçusunda koronavirus aşkarlandı
    • 17-11-2020, 11:14
    • 436

"Qalatasaray"ın 3 futbolçusunda koronavirus aşkarlandı

Türkiyənin "Qalatasaray" komandası koronavirusla bağlı son testlərin nəticələrini açıqlayıb.

News24.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 3 futbolçuda infeksiya aşkarlanıb.

Virusa yoluxan oyunçuların adları açıqlanmayıb. Onların karantinə alındıqları bildirilib.

Qeyd edək ki, "Qalatasaray"da test nəticəsi müsbət çıxan futbolçuların sayı 5-ə çatıb.