TƏCİLİ: Abşeronda DƏHŞƏTLİ PARTLAYIŞ: Xəsarət alanlar var - VİDEO
    • 19-11-2020, 17:48
    • 538

TƏCİLİ: Abşeronda DƏHŞƏTLİ PARTLAYIŞ: Xəsarət alanlar var - VİDEO

Abşeronda sexdə partlayış olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva News24.az-a bildirib ki, partlayış Abşeron rayonu, Novxanı yolunda, “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən dəmir-beton konstruksiyaların emalı sexində baş verib.

Qeyd edilir ki, partlayış yanğınla müşahidə olunub.

Hadisə yerinə cəlb olunan FHN-in Yanğından Mühafizə Bölmələrinin əməkdaşları tərəfindən hadisənin qarşısı alınıb, yanğın söndürülüb.

İlkin məlumata görə, xəsarət alanlar var.

Kadrları təqdim edirik: