Kəlbəcər sakini maşınında yanaraq öldü
    • 23-11-2020, 15:31
    • 581

Kəlbəcər sakini maşınında yanaraq öldü

Kəlbəcər rayon sakini qəzaya düşərək vəfat edib.

DİN-dən News24.az-a verilən məlumata görə, noyabrın 21-də saat 20 radələrində Bərdə şəhəri ərazisində Tərtər rayon sakini R.Rəhimlinin idarə etdiyi “VAZ-2107” və Kəlbəcər rayon sakini Ədalət Camalovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.

Ə.Camalovun idarə etdiyi avtomobildə yanğın baş verib. Ə.Camalov və R.Rəhimlinin sərnişini, həmyerlisi Samir Abbasov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. R.Rəhimli və sərnişinləri olan daha 3 nəfər xəstəxanaya yerləşdiriliblər.

Bərdə RPŞ tərəfindən araşdırma aparılır.