DİN:
    • 28-11-2020, 14:46
    • 742

DİN: "Vətəndaşın təzyiqə məruz qalması həqiqəti əks etdirmir"

“Vətəndaş Ruslan Quliyevin polis tərəfindən təzyiqə məruz qalması barədə səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir, əsassızdır.”

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, R.Quliyev vətəndaş İradə Əliyevanın müraciəti əsasında müvafiq polis orqanına çağırılaraq izahatı alındıqdan sonra sərbəst buraxılıb: “Hazırda araşdırmalar davam etdirilir"