Həbibə İNANILMAZ JEST: Türkiyəni bombardmandan xilas edən gizirlə... - FOTO
    • 16-10-2018, 18:30
    • 770

Həbibə İNANILMAZ JEST: Türkiyəni bombardmandan xilas edən gizirlə... - FOTO

Amerikanın Las-Veqas şəhərində oktyabrın 7-də keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda döyüşdə irlandiyalı Konor Makqreqora qalib gələn Həbib Nurməhəmmədovun portretini qrafit texnikası ilə Beykozda divara çəkən Məhəmməd Emin Türkman sosial şəbəkənin gündəmini zəbt etdi.
 
Sənətçi daha əvvəl 2016-cı il dövlət çevrilişinə cəhd zamanı şəhid olan Ömər Halisdəmirin portretini divarda çəkmişdi.

Şəhidin portretini Beykozdakı Almalı məhəlləsində divara çəkərək Türkiyənin dörd bir tərəfindən təbrik mesajları alan Məhəmməd Emin Türkman eyni yerə rusiyalı idmançını da əlavə edib. Həbib Nurməhəmmədov türk sənətçinin əsərini 12 milyon izləyicisi olan İnstaqram səhifəsindən "Somewhere in Turkey Desteğiniz için teşekkür ederim” notu ilə paylaşıb. Paylaşım 2,5 milyona yaxın izləyici tərəfindən bəyənilib.

Qeyd edək ki, gizir Ömər Halisdəmir Xüsusi Təyinatlı Qüvvələrin komandir müavini, general Semih Terzini öldürmüş, ardınca isə generalın yanındakı şəxslər tərəfindən güllələnmişdi. Gizir dövlət çevrilişinə cəhdin gedişatını dəyişdirən şəxslərdən biri hesab edilir. İddiaya görə, Halisdəmir Semih Terzini vurmasaydı, "F-16” qırıcıları əvvəlcədən müəyyən edilən nöqtələri vuracaqdı./Publika.az