Füzuli istiqamətində döyüşdə şəhid olan Daxili Qoşunların giziri
    • 8-12-2020, 17:07
    • 510

Füzuli istiqamətində döyüşdə şəhid olan Daxili Qoşunların giziri

Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların giziri Həsənov Faiq Hüseyn oğlu Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

Bu barədə News24.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Gizir Həsənov Faiq Hüseyn oğlu 1990-cı ilin iyulun 28-də Bakıda doğulub.

Bu ilin oktyabrın 10-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

Allah rəhmət eləsin!