"Ondan bir daha olmayacaq..." - TƏRANƏ KİMƏ SEVGİSİNİ ETİRAF ETDİ? - VİDEO
    • 14-12-2020, 13:10
    • 820

"Ondan bir daha olmayacaq..." - TƏRANƏ KİMƏ SEVGİSİNİ ETİRAF ETDİ? - VİDEO

Prodüser Təranə Səmədova məşhur türk müğənnisi, İmperatoru İbrahim Tatlısəslə bağlı paylaşım edib.

News24.az xəbər verir ki, o sosial şəbəkə hesabında Türkiyənin canlı əfsanəsinin ifasını yayımlayaraq bu sözləri yazıb: "Yaşayan əfsanədir bu adam, olmayacaq bir daha başqa bir İbrahim Tatlısəs! Nə Michael Jackson gələcək bir də yer üzünə, nə də Rəşid Behbudov doğulacaq! Çox qəribədir, bənzər səslər olur, tələbələr də yetişir, amma orijinal tamam başqadır, nə onun həyatının sonuna çatmasıyla barışmaq istəmirsən, nə də belə bir sənətçinin olmamasıyla barışa bilmirsən. Belə əfsanə adların siyahısını isə nə qədər istəsən uzatmaq olar, bu həm də zövqə bağlı bir məsələdir. Mən Şövkət Ələkbərova yaza bilərəm, bir başqası Hüseyn Dərya yaza bilər, tamam başqa bir beyin sahibi isə 2 Pac Shacur yazar. Maraqlıdır bəs sizin üçün əvəzolunmaz, "ondan bir daha heç vaxt olmayacaq"- dediyiniz hansı kumirləriniz var?".

Sevda Bayramova