Azərbaycan klubları xaricdə toplanışdan İMTİNA ETDİ
    • 21-12-2020, 10:55
    • 647

Azərbaycan klubları xaricdə toplanışdan İMTİNA ETDİ

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən bütün klublar təlim-məşq toplanışı üçün ölkə xaricinə yollanmayacaq.

News24.az xəbər verir ki, son olaraq "Sumqayıt" və "Keşlə"nin hazırlıq prosesi ilə bağı seçimi bəlli olub.

Onlar da digər 6 komanda kimi pandemiya ilə bağlı vəziyyəti nəzərə alaraq, ölkə xaricinə yollanmaqdan imtina ediblər.

Klublar yay təlim-toplanışı üçün də eyni qərarı vermişdilər. Premyer Liqa təmsilçiləri hazırlıq proseslərini ölkə daxilində - Qəbələdə keçirmişdilər. Bu dəfə isə toplanışın Bakıda olacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında XIII tur dekabrın 24-də gerçəkləşəcək. Çempionatda yanvarın 21-dək fasilə olacaq. Daha əvvəl "Qarabağ", "Neftçi", "Sumqayıt", "Səbail", "Zirə" və "Qəbələ" ölkə xaricinə yollanmayacaqlarını bəyan ediblər.