Ağdamda su hövzəsindən qadın meyiti çıxarıldı
    • 22-12-2020, 16:07
    • 343

Ağdamda su hövzəsindən qadın meyiti çıxarıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağdam rayonunun İkinci Baharlı qəsəbəsində su hövzəsində aşkar edilmiş 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

News24.az
xəbər verir ki, hadisə yerinə cəlb olunan Qarabağ Regional Mərkəzinin xilasediciləri 1965-ci il təvəllüdlü Həsənova Zibeydə İbad qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.