Bakıda 6 yaşlı uşağı avtomobil vurdu
    • 22-09-2020, 18:30
    • 818

Bakıda 6 yaşlı uşağı avtomobil vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

7-ci mikrorayonda evlərinin yanında yolu keçən 2014-cü il təvəllüdlü Həsənova Rəna Nicat qızını minik avtomobili vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.