AzTV-nin binasında uçqun olub, texniki işçi ölüb - FOTO - YENİLƏNİB
    • 25-12-2020, 23:21
    • 446

AzTV-nin binasında uçqun olub, texniki işçi ölüb - FOTO - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.

QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanının çökməsi nəticəsində Videomateriallar şöbəsinin texniki işçisi 1996-cı il təvəllüdlü Gülverdi Gülverdiyev ölüb.

News24.az
-ın məlumatına görə, bu barədə qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. 


***
21:46


“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.

News24.az-ın məlumatına görə, bu barədə AzTV-nin feysbuk hesabında məlumat paylaşılıb.

Bildirilib ki, bu gün axşam saatlarında QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin bir hissəsində tavan çöküb, nəticədə bir əməkdaş xəsarət alıb.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Dağıntılar altında qalan əməkdaşın çıxarılması istiqamətində iş aparılır.