-
- 29-12-2020, 17:14
- 540
İran COVID-19-a qarşı hazırladığı peyvəndin sınaqlarına başlayıb
İranda daxili istehsalın məhsulu olan koronavirusa qarşı peyvəndin könüllülər üzərində sınaqlarının ilk mərhələsi başlayıb.
News24.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, sınaqlar Tehranda aparılır, sınaqların birinci mərhələsində 56 könüllüyə peyvənd vurulacaq. Ümumilikdə təxminən 60 min müraciət təqdim edilib.
Qeyd olunur ki, sınaqların başlanması ilə bağlı keçirilən mərasimdə ölkənin elm və texnologiya üzrə vitse-prezidenti Sorena Səttari, səhiyyə və tibbi təhsil naziri Səid Namaki iştirak edib. Test texnologiyası İran Qida və Dərman Vasitələri İdarəsi və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq edilib.