"Emerald Boutique" brendi nüfuzlu
    • 30-12-2020, 15:06
    • 746

"Emerald Boutique" brendi nüfuzlu "Nargis" dərgisində - FOTOLAR

Nüfuzlu "Nargis" dərgisinin yanvar sayı çapdan çıxıb. 

News24.az xəbər verir ki, dərginin bu dəfəki sayı Qarabağa həsr edilib.
"Nargis” Nəşriyyat Evinin təsisçisi, dərginin baş redaktoru Ülviyyə Mahmudovanın şəhidlərə yazdığı məktub dərc edilib. Həmin səhifədə Azərbaycanın tanınmış iş xanımı Ruhi Əliyevanın sahibi olduğu "Emerald Boutique"ə də yer verilib. 

Eyni zamanda da Ü. Mahmudova "Emerald Boutique"ə məxsus "Rain Collection"dan zinət əşyasından istifadə edib. 
Bundan əlavə, dərginin bu sayında Qarabağımızın tanınmış simaları, milli adət-ənənələri, Qarabağın müxtəlif böölgələrini tərənnüm edən geyimlər, Qarabağ xalçaları, Qarabağ atları və digər mövzulara toxulub. 

İngilis dilində hazırlanan dərginin bu sayı belə adlanır: "KarabakhisAzerbaijan" - "Qarabağ Azərbaycandır!"