"Ağır Romantik" filmi sabah "Show TV"də yayımlanacaq - VİDEO
    • 2-01-2021, 13:45
    • 784

"Ağır Romantik" filmi sabah "Show TV"də yayımlanacaq - VİDEO

Azərbaycanın iş xanımı Ruhi Əliyevanın təşəbbüsü ilə “Liatris Yapım”ın ərsəyə gətirdiyi “Ağır romantik” filmi Türkiyənin "Show Tv" kanalında yayımlanacaq. 

News24.az xəbər verir ki, türkiyəli məşhur simalar Onur Tuna və Tuvana Türkayın baş rollarını canlandırdığı "Ağır Romantik" sabah Bakı vaxtı ilə saat 21:00-da ekranlara gələcək. 

Qeyd edək ki, "Ağır Romantik"də eyni zamanda Altan Erkekli, Gazanfer Gündüz, Semra Dinçer, Servet Pandur, Durul Bazan və Sermiyan Midyat kimi məşhur simalar da rol alıb. 

Filmin qala gecələri ötən il fevral ayının 12-si İstanbulda, martın 7-si isə Bakıda aktyorların iştirakı ilə keçirilib.