DİN Bakıda iki qardaşın düşdüyü qəza ilə bağlı MƏLUMAT YAYDI
    • 6-01-2021, 12:57
    • 308

DİN Bakıda iki qardaşın düşdüyü qəza ilə bağlı MƏLUMAT YAYDI

Daxili İşlər Nazirliyi Bakıda iki qardaşın düşdüyü qəza ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, yanvarın 5-də saat 9 radələrində Binəqədi rayonu ərazisində Abşeron rayon sakini E.Qasımov idarə etdiyi “KİA” markalı avtomobili qarşıda gedən “UAZ” markalı avtomobilə vurub.

Nəticədə E.Qasımovun sərnişini olan qardaşı hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.