Zığ şosesində də uçqun qeydə alındı
    • 18-10-2018, 18:05
    • 909

Zığ şosesində də uçqun qeydə alındı

Bu gün Zığ şosesində uçqun tipli sürüşmə prosesi baş verib.

Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətindən bildirilib.

Uçqun zamanı yol kənarına çəkilmiş istinad divarının 30 metr uzunluğunda olan hissəsi uçaraq cənub istiqamətində hərəkət edib. Divarın digər hissəsində qabarmalar müşahidə olunur. Piyada səkisində deformasiya və əyilmələr hiss edilir. Proses davam edir.
Qeyd edək ki, hazırda Badamdar və Bayıl qəsəbələrində də sürüşmə prosesi baş verir.