Cəmiyyətin uğurlu xanımları “Azerbaijan Woman Awards”da
    • 14-01-2021, 11:22
    • 795

Cəmiyyətin uğurlu xanımları “Azerbaijan Woman Awards”da

Azerbaijan Woman Club və nüfuzlu beynəlxalq “Business Woman” jurnalının rəsmi tərəfdaşlığı ilə paytaxtımızda ilk dəfə keçiriləcək Azerbaijan Woman Awards - uğurlu və istedadlı xanımları birləşdirən layihədir. Bu ilin martın 5-də təşkil olunacaq layihə qısa müddət ərzində müxtəlif sahələrdə çalışan xanımların böyük marağa səbəb olaraq onların rəğbətini qazanıb.

News24.az xəbər verir ki, Azerbaijan Woman Awards mükafatlandırma mərasimi keçirməsi ideyası Azerbaijan Woman Club layihəsinin yaradılması ilə bağlıdır. Bu sözləri qadın klubunun sədri Nigar Fərman bildirib. Onun sözlərinə görə, “Azerbaijan Woman Club” il ərzində xanımlar üçün biznes və liderlik təlimləri, qadın sahibkarlığının inkişafına dair konfranslar və faydalı görüşlər təşkil edəcək.

Azerbaijan Woman Awards mükafatı incəsənət, media, biznes, tibb, idman, dəb, memarlıq, elm və digər sahələrdə uğur qazanmış xanımlara təqdim olunacaq. Layihənin təsisçisi Aqil Məmiyev, direktoru isə Pərviz Əzimzadədir. Azerbaijan Woman Awards-ın icraçı direktoru Sirac Bəyəlizadə, layihənin PR direktoru isə Vüqar Səfərlidir.

Layihənin informasiya dəstəyi News24.az-a məxsusdur.