-
- 19-10-2018, 15:45
- 1 559
Turizm Assosiasiyanın rəhbəri loqo ilə bağlı narazılıqlara fikir bildirdi
Xəbər verdiyimiz kimi, Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə dünən keçirilən Milli Turizm Sammitində “Yenidən fərqli baxışla bax” ("Take another look") başlıqlı yeni milli turizm brendi təqdim olunub. Lakin brendin loqosu hamı tərəfindən məmnuniyyətlə qarşılanmayıb.
Azərbaycan adının kiçik hərflə yazılması, loqonun görüntüsü sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Hətta loqonun dəyişdiriləcəyi barədə söz-söhbətlər yayılıb.
Bununla bağlı Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırovla əlaqə saxladıq.
O News24.az-a açıqlamasında bildirdi ki, deyilənlər əsassızdır: “Bu mövzu o qədər sadə bir mövzudur ki, bu barədə danışmaq istəmirəm. Brend artıq rəsmi şəkildə qəbul edilib. Dəyişiləcəyi barədə çıxan xəbərlərin əsası yoxdur".
//Şəlalə Ağayeva